BDU-nun Fizika fakültəsində növbəti elmi seminar

09/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində "Aşağıölçülü elektron sistemlərində anizotrop kinetik hadisələr" mövzusunda onlayn elmi seminar keçirilib. Seminarda BDU-nun Bərk cisimlər fizikası kafedrasının elmlər doktoru proqramı üzrə dissertantı, AzMİU-nun Fizika kafedrasının dosenti Hüseynağa Hüseynov məruzə ilə çıxış edib. Məruzədə müasir elektronikanın sürətli inkişafı nazik təbəqələr, təbii və süni ifratqəfəslər, kvant məftilləri, kvant çuxurları kimi aşağıölçülü elektron sistemlərində aşkar olunmuş yeni fiziki hadisələrin tədqiqi üçün zərurət yarandığı qeyd olunub. Bir çox müasir cihazların iş prinsipində aşağıölçülü sistemlərdə rezistiv, qalvano və termomaqnit hadisələrdən istifadə olunduğu, aşağıölçülü sistemlər fizikasında kinetik hadisələrin nəzəriyyəsinin inkişafı aktual və vacib məsələ hesab olunduğu bildirilib.

Xəbərlər

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026