BDU-nun Fizika fakültəsinin gənc tədqiqatçıları beynəlxalq konfransda iştirak edib

15/04/2021

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş "Tələbə və gənc tədqiqatçıların II beynəlxalq elmi konfransı"nda Bakı Dövlət Universitetinin yarımkeçiricilər fizikası ixtisaslaşmasının II kurs magistrantı, eyni zamanda Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzinin laborantı Xatirə Mehtiyeva və bərk cisimlər elektronikası ixtisaslaşmasının I kurs magistrantı Dilarə Piriyeva "CO2 əleyhinə zeolit əsasli membran texnologiyasi" adlı məruzə ilə çıxış ediblər.

Məruzədə CO2 emissiyası problemi haqqında ətraflı məlumat verilib, karbon qazının tutulmasında müxtəlif texnologiyalar, xüsusi olaraq membran texnologiyasının üstünlükləri haqqında danışılıb, seçilən NaX zeolit əsaslı membranlarının alınması texnologiyası təsfilatı ilə izah edilib.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026