BDU-nun Fizika fakültəsinin magistrantları Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda olublar

10/04/2019

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin magistrantları Möhsün Əlizadə, Orxan Güləhmədov və Sara Rəhimzadə mart-aprel aylarında Dövlətlərarası Humanitar Fondun dəstəyi ilə MDB ölkələrinin Nanotexnologiya Beynəlxalq İnnovasiya Mərkəzinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Dubna, Moskva, RF) keçirdiyi təcrübə proqramında iştirak ediblər. Təcrübə proqramına MDB ölkələrindən gənc alim və mütəxəsislər qatılıblar. Təcrübə proqramı müddətində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun laboratoriyaları ilə tanışlıq olub,  alimlərin məruzələri dinlənilib və tapşırılan layihələr üzərində işlər aparılıb.

Sonda Möhsün Əlizadə “Effektiv qoruyucu materialların alınması məqsədi ilə TFP və Monte Karlo metodu ilə radiomaterialların mexanikası və kvant-kimyasının qiymətləndirilməsi” Orxan Güləhmədov “ Karbon nanoboruları ilə adsorbsiya üsulu ilə su filtirlərinin alınması” və Sara Rəhimzadə “Radiasiya texnologiyasından istifadə edərək polimer materialların istilik müqavimətinin və istilik keçiriciliyinin artırılması” mövzusunda layihəni müdafiə edərək sertifikatla təltif olunublar.

 

Mətbuat və İnformasiya şöbəsi, 10 aprel 2019-cu il


Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026