BDU-nun Fizika Problemləri ETİ-nin əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda dərc olunub

17/01/2023

Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin aparıcı elmi işçiləri Svetlana Demuxamedova və Gülnara Haqverdievanın “N-əvəz edilmiş tiokarbamidin metal komplekslərinin sintezi, struktur analizi, DFT-nin tədqiqi, antioksidant aktivliyi” (“Synthesis, structural analysis, DFT study, antioxidant activity of metal complexes of N-substituted thiourea”) adlı məqaləsi “Web of science” bazasında Q2 kateqoriyalı jurnallar siyahısında yer alan “Polyhedron” jurnalında dərc edilib.

N-əvəz edilmiş tiokarbamid, onun metal kompleksləri sintez olunub və nüvə maqnit rezonansı (NMR), infraqırmızı (İQ) spektroskopiyası və rentgen faza analizi ilə xarakterizə edilib. Bu birləşmələrin sabit strukturlarını xarakterizə edən həndəsi, enerji və elektron parametrləri 6–31++G(d,p) bazası əsasında DFT/B3LYP nəzəriyyə səviyyəsində təyin olunub. Sərhəd molekulyar orbitalların enerjiləri, enerji boşluğu, kimyəvi reaktivlik deskriptorları, atom yükləri, dipol momenti və qütbləşmə qabiliyyəti hesablanıb, reagent və kompleks üçün molekulyar qarşılıqlı təsirlərin baş verə biləcəyi elektrofil və nukleofil bölgələrin yerləri müəyyən edilib.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://doi.org/10.1016/j.poly.2022.116274

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026