BDU-nun Fizika Problemləri İnstitutunda Xocalı soyqırımı anılıb

25/02/2022

Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Fizika Problemləri ETİ-nin həmkarlar təşkilatının sədri Mübariz Məmmədov Xocalı soyqırımı barədə məruzə ilə çıxış edib. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edib. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin girov götürülüb, 150 nəfərin taleyi hələ də məlum deyil.

Daha sonra İnstitutun direktoru Sədiyar Rəhimov, aparıcı elmi işçi Qəzənfər Bayramov, elmi işçi Nərmin Hüseynova, şöbə müdiri Fərhad Rüstəmov Xocalı soyqırımının dəhşətlərinin unudulmaması və gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün təkliflərini səsləndiriblər. Çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə ilə Xocalı şəhidlərinin də qisasının alındığını vurğulayıblar.

 

Xəbərlər

Milli kimliyimizin simvolu - ana dilimiz

Milli kimliyimizin simvolu - ana dilimiz
01/08/2026

BDU-nun akademik heyəti üçün təlim: Klinik sosial iş

BDU-nun akademik heyəti üçün təlim: Klinik sosial iş
31/07/2026

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində uğurla təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində  uğurla təmsil olunur
30/07/2026