BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Rövşən Musayev vəfat edib

29/09/2025

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin aparıcı elmi işçisi Rövşən Musayev vəfat edib.

Rövşən Musayev 1947-ci ildə Göyçay şəhərində anadan olub. 1965-1970-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 1975-1978-ci illərdə Rusiyanın Obninsk vilayətinin Fizika-Energetika İnstitutunun aspiranturasında təhsil alıb, 1980-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi adına layiq görülüb.

Rövşən Musayev 1967-1973-cü illərdə AMEA-nın Fizika İnstitutunda baş laborant, laborant, mühəndis vəzifələrində çalışıb. 1981-1984-cü illərdə Ümumittifaq Atom Enerjisi Elmi-Tədqiqat Energetika İnstitutunda kiçik elmi işçi, 1984-1986-cı illərdə Ümumittifaq Ölçü Nəzarəti Cihazlarının Layihə İnstitutunda, 1986-1988-ci illərdə Moskvada Tibbi Biologiya Problemləri İnstitutunda böyük elmi işçi işləyib. 1989-1990-cı illərdə BDU-nun Yarımkeçirici fizikası elmi-tədqiqat laboratoriyasında (ETL) böyük elmi işçi kimi çalışıb. 1990-2014-cü illərdə Radiasiya və onun ətraf mühitə təsiri fakültələrarası ETL-də böyük elmi işçi və kiçik elmi işçi vəzifələrində işləyib.

2014-2019-cu illərdə BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Yarımkeçirici fizikası şöbəsində, 2019-cu ildən isə Biofizika şöbəsində aparıcı elmi işçi kimi çalışırdı.

Rövşən Musayevin tədqiqat sahəsi radiasiya ekologiyası, ekoloji təhlükəsizlik, bioloji sistemlər, atom reaktoru, yarımkeçiricilər fizikası, riyazi modelləşmə, kosmologiya, sinergetik effektlər idi.

BDU rəhbərliyi və kollektivi Rövşən Musayevin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Xəbərlər

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib
06/12/2025

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin ikinci günü başa çatıb

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin ikinci günü başa çatıb
06/12/2025

BDU-nun dosenti Eldar Kərimov vəfat edib

BDU-nun dosenti Eldar Kərimov vəfat edib
06/12/2025