BDU-nun Fizika Problemləri İnstitutunun direktor müavini Çində məruzə edib
11/11/2017
Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun İnnovativ layihələr və beynəlxalq əlaqələr üzrə direktor müavini, Azərbaycan Milli Nüvə Tədqiqatları Mərkəzinin Nüvə fizikası şöbəsinin müdiri Anar Rüstəmov Çində keçirilmiş nüvə fizikası üzrə beynəlxalq tədbirə təşkilatçılıq edib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 90 – a yaxın alim və mütəxəssislər iştirak ediblər. Anar Rüstəmov CERN – də yerinə yetirilmiş nüvə toqquşmaları, aldığı son nəticələr haqqında məruzə edib . Qeyd edək ki, A.Rüstəmov hazırda CERN – də fizika qruplarından birinə rəhbərlik edir.
Ətraflı aşağıdakı linkdə:
https://indico.cern.ch/event/637200/
Mətbuat və informasiya şöbəsi, 11 noyabr 2017-ci il.
Xəbərlər
BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
