BDU-nun folklorşünas alimi Ankarada Beynəlxalq Simpoziumda

18/10/2017

Türkiyənin paytaxtı Ankara şəhərində Qazi Universiteti və Qəhrəmanqazan Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “V Halkkültürü ve Sanat Etkinlikleri” Simpoziumu keçirilib. Tədbirə dünyanın müxtəlif ölkələrindən tanınmış elm adamları, folklorşünas alimlər qatılıb.

Simpoziumda Bakı Dövlət Universitetini Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov təmsil edib. O, “Türk mifoloji düşüncəsində şamanizm” adlı məqalə ilə çıxış edib, həmçinin bölmə rəhbəri kimi məruzələr dinləyib.

Simpozium müddətində Qazi Universitetinin rektoru və Qəhrəmanqazan Bələdiyyəsinin sədri qonaqlarla görüşüb, belə bir mötəbər tədbirə qatıldıqları üçün təşəkkürünü bildiriblər. Sonra iştirakçılar üçün türkiyəli müəllimlərin və tələbələrin əl işlərindən ibarət sərgi təşkil edilib. Həmçinin bu müddətdə Azərbaycanı təmsil alimlər görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin məzarını da ziyarət ediblər.

Sonda iştirakçılara sertifikatlar və materiallar toplusu təqdim olunub.

philology.bsu.edu.az

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026