BDU-nun “Genetika” kafedrasının AMEA-nın “Genetik ehtiyatlar İnstitutu”nda fəaliyyət göstərən filialında görüş keçirilib

03/11/2021

Noyabrın 2-də Bakı Dövlət Universitetinin (BDU) “Genetika” kafedrasının AMEA-nın “Genetik Ehtiyatlar institutu”nda fəaliyyət göstərən filialında görüş keçirilib. Görüşdə BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Biologiya fakültəsinin dekanı vəzifəsini icra edən Elşad Qurbanov, Genetik Ehtiyatlar institutunun baş direktoru Zeynal Əkbərov və İnstitutun direktor müavini Mehrac Abbasov iştirak ediblər.

Görüşdə yeni tədris ilində filialın fəaliyyəti, tədris prosesinin, tələbələrin istehsalat təcrübəsinin təşkili müzakirə olunub. Fərda İmanov Universitetdə təhsil sahəsində həyata keçirilən islahatlar və 2021/2022-ci tədris ilində tədrisin təşkili haqqında məlumat verib.

Zeynal Əkbərov Filialda BDU-nun “Biologiya fakültəsi”ndə “Genetika” ixtisası, “Genetika” və “Bitkilərin genetikası və seleksiyası” ixtisaslaşmaları üzrə təhsil alan bakalavr və magistrantlar üçün yaradılmış şərait haqqında danışıb.

Sonra filialın fəaliyyət planı mükazirə edilib, filialın auditoriyasına və İnstitutun elmi-tədqiqat laboratoriyalarına baxış keçirilib.

 

Xəbərlər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər
29/07/2026

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
29/07/2026

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib
29/07/2026