BDU-nun Geologiya fakültəsi 4 ixtisas üzrə mütəxəssis hazırlayır

14/08/2024

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 5 kafedra və bir elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Kafedralar və laboratoriya müasir avadanlıqlarla təchiz olunub.

Fakültədə Faydalı qazıntılar, Ümumi və tarixi geologiya, Seysmologiya və Yer təkinin fizikası, Kristalloqrafiya, mineralogiya və geokimya, Hidrogeologiya və mühəndis geologiyası kafedraları fəaliyyət göstərir.

Fakültədə “Geologiya”, “Geologiya və geofizika mühəndisliyi”, “Mədən mühəndisliyi” və “Meliorasiya mühəndisliyi” ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

“Geologiya” ixtisası üzrə məzunlar geniş və hərtərəfli bilik, bacarıqlar qazanmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Geologiya və Geofizika İnstitutu, “AzerGold” QSC-nin, “Azərbaijan İnternational Mining Company Limited” şirkətinin mədənlərində, Respublika Seysmoloji Xidmət Mərkəzində, Dövlət Su Ehtiyatları Agentliyində, SOCAR, digər yerli və xarici şirkət və təşkilatlarda mineral-xammal ehtiyatlarının axtarışı, kəşfiyyatı və hasilatı ilə məşğul olan mühəndis - geoloq vəzifələrində işləyə bilərlər.

“Geologiya və geofizika mühəndisliyi” ixtisasını bitirən məzunlar fundamental nəzəri və təcrübi biliklər almaqla filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının axtarış-kəşfiyyatı və hasilatı ilə məşğul olan mütəxəssislərdir. Bu ixtisasın məzunları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, “AzerGold” QSC-nin, “Azərbaijan İnternational Mining Company Limited” Şirkətinin mədənlərində, Respublika Seysmoloji Xidmət Mərkəzində, Dövlət Su Ehtiyatları Agentliyində, yerli və xarici neft şirkətlərində, sənaye və mülki tikinti obyektlərinin ərazisində mühəndis-geoloji işləri aparan təşkilatlarda və  Dövlət Su Ehtiyatları Agentliyində mühəndis-geoloq kimi çalışa bilərlər.

“Mədən mühəndisliyi” ixtisasını bitirən məzunlar faydalı qazıntı yataqlarının kəşfiyyatı, istismarı və işlənilməsi ilə məşğul olan şirkət və müəssisələrdə (“AzərGold” QSC, “Aserbaijan İnternational Mining Company Limited”, “Artvin Maden” A.Ş., “Eti Bakı” A. Ş. şirkətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, SOCAR, BP, “Schumberger” və s.) mühəndis-geoloq işləmək imkanına malikdirlər.

“Melorasiya mühəndisliyi” ixtisasına yiyələnən məzunlar Dövlət Su Ehtiyatları Agentliyində, Meliorasiya Elmi-Tədqiqat İnstitutu MMC-də, Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsində, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda müasir tələbatlara uyğun müхtəlif kоnstruksiyalarda irriqasiya və kоllеktоr-drеnaj sistеmlərinin layihələndirilməsi, tikintisi, istismarı, tоrpaq və su еhtiyatlarından səmərəli istifadə оlunması, mеliоrasiya tikintilərinin ətraf mühitə təsirinin öyrənilməsi sahələrində mühəndis kimi işləyə bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024