BDU-nun Geologiya fakültəsində Vətən müharibəsi iştirakçıları ilə görüş

02/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“BDU könüllüləri” təşkilatının Geologiya fakültəsi üzrə sədri Ülvi Ağaliyev gənclərin hər zaman qazilərin və müharibə iştirakçılarının igidlik yolunu örnək götürməsinin vacibliyini vurğulayıb, belə görüşlərin tələbələrdə vətənpərvərlik hisslərini möhkəmləndirdiyini, onların milli dəyərlərə sadiq, Vətəninə bağlı vətəndaş kimi yetişməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Vətən müharibəsi iştirakçıları - Qədir Qədirov, Xanlar Heydərov, Hacıbala Xalıqov müharibənin gərgin və çətin anları ilə bağlı xatirələrini tələbələrlə bölüşüblər. Onlar Vətən uğrunda canından keçməyə hazır olmağın ən böyük şərəf olduğunu vurğulayıb, gənclərə elmə yiyələnməyi, peşəkar kadr kimi formalaşmağı və milli-mənəvi dəyərlərə sadiq qalaraq hər zaman dövlətin, xalqın yanında olmağı tövsiyə ediblər.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026