BDU-nun Geologiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!

15/08/2023

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 5 kafedra və 1 elmi tədqiqat laboratoriyası fəaliyyət göstərir. Kafedralar və laboratoriya müasir avadanlıqlarla təchiz olunub.

Fakültədə Faydalı qazıntılar, Ümumi və tarixi geologiya, Seysmologiya və Yer təkinin fizikası, Kristalloqrafiya, mineralogiya və geokimya, Hidrogeologiya və mühəndis geologiyası kafedraları fəaliyyət göstərir.

Fakültədə Geologiya, Geologiya və geofizika mühəndisliyi, Mədən mühəndisliyi və Meliorasiya mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Geologiya ixtisasını bitirən məzunlar neft şirkətləri və digər yerli və xarici şirkət və təşkilatlarda mühəndis - geoloq vəzifələrində işləyə bilərlər.

Geologiya və geofizika mühəndisliyi ixtisasını bitirən məzunlar filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının axtarış-kəşfiyyatı və hasilatı sahələrində mühəndis-geoloq işləyə bilərlər.

Mədən mühəndisliyi ixtisasını bitirən məzunlar faydalı qazıntı yataqlarının kəşfiyyatıı, istismarı və işlənilməsi ilə məşgul olan şirkətlərdə müəssisələrdə mühəndis-geoloq kimi işləmək imkanlarına malikdirlər.

Meliorasiya mühəndisliyi ixtisasını bitirən məzunlar əkinə yararlı tоrpaq sahələrindən səmərəli istifadə еtmək üçün həyata kеçirilən kоmplеks mеliоrasiya tədbirləri: müasir tələbatlara uyğun müхtəlif kоnstruksiyalarda irriqasiya və kоllеktоr-drеnaj sistеmlərinin layihələndirilməsi, tikintisi, istismarı, tоrpaq və su еhtiyatlarından səmərəli istifadə оlunması üsulları, mеliоrasiya tikintilərinin ətraf mühitə təsirinin öyrənilməsi kimi sahələrdə mütəхəssis işləyə bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Xəbərlər

BDU-nun rektoru UNCOPUOS-un Elm və Texnika üzrə Alt Komitəsinin 63-cü sessiyasında iştirak edir

BDU-nun rektoru UNCOPUOS-un Elm və Texnika üzrə Alt Komitəsinin 63-cü sessiyasında iştirak edir
03/02/2026

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
03/02/2026

BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş

BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş
03/02/2026