BDU-nun Geologiya fakültəsinin 2 tələbəsi “AzerGold”un təqaüd proqramının qalibi olub

03/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin IV kurs tələbələri Nərmin Əsədullayeva və Bəxtiyar Qənbərli “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ölkənin ali təhsil müəssisələrinin tələbələri üçün elan etdiyi növbəti təqaüd proqramının qalibi olublar.

Müsabiqənin nəticələrinə əsasən, qaliblərin hər biri müvafiq təltifnamə ilə yanaşı, 9 ay ərzində hər ay 200 AZN məbləğində təqaüd alacaqlar. Proqram çərçivəsində iştirakçılara “AzerGold” QSC-də təcrübə proqramlarında iştirak imkanı yaradılacaq. Məzun olduqdan sonra onların uyğun vakansiyalar üzrə işlə təmin edilməsi nəzərdə tutulur.

“AzerGold” QSC tərəfindən 2021-ci ildən etibarən ali və peşə təhsili istiqamətləri üzrə həyata keçirilən təqaüd proqramı çərçivəsində bu günədək ali təhsil səviyyələrində 28, peşə təhsili müəssisələrində isə 35 tələbə təqaüdə layiq görülüb.

 

Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
20/10/2026