BDU-nun Geologiya fakültəsinin tələbələri “Azerbaijan International Mining Company”də istehsalat təcrübəsində

08/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin IV kurs tələbələri “Azerbaijan International Mining Company” şirkətinin mədənlərində istehsalat təcrübəsi keçirlər.

Təcrübə müddətində tələbələr geoloji sahə işləri həyata keçirir, qaya və torpaq nümunələri toplayır, geoloji xəritələr və kəsilişlər hazırlayır, litoloji, mineralogiya və paleontologiya üzrə analizlər aparır, müasir cihaz və proqram təminatları ilə (GPS, GIS, AutoCAD, Surfer və s.) işləyir və əldə olunan məlumatları təhlil edərək, hesabat şəklində təqdim edirlər.

İstehsalat təcrübəsi tələbələrə real peşə mühitində öz bilik və bacarıqlarını tətbiq etməyə, həmçinin gələcək karyeraları üçün lazım olan təcrübəni qazanmağa imkan verir. Bu mərhələ tələbələrin yalnız nəzəri biliklərini gücləndirmir, həm də onlarda geoloq kimi müstəqil qərarvermə və tədqiqat aparmaq bacarığı formalaşdırır.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026