BDU-nun Geologiya fakültəsinin tələbələri Faydalı qazıntılar muzeyində

11/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) ,“BDU könüllüləri” və Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində I kurs tələbələrinin BDU-nun Faydalı qazıntılar muzeyinə maarifləndirici ekskursiyası təşkil olunub.

Ekskursiyanın məqsədi tələbələrin geologiya və mineralogiya sahəsində nəzəri biliklərini real nümunələr üzərində daha yaxşı mənimsəmələrinə şərait yaratmaq olub. Muzeyin bələdçisi tərəfindən iştirakçılara faydalı qazıntı yataqları, mineralların yaranma şəraiti, fiziki-kimyəvi xüsusiyyətləri və sənayedəki əhəmiyyəti barədə məlumat verilib.

Tələbələr müxtəlif filiz nümunələri, kristallar və geoloji eksponatlarla yaxından tanış olub, ölkənin mineral ehtiyatları və onların istismar perspektivləri haqqında məlumat əldə ediblər. İnteraktiv formatda keçirilən ekskursiya zamanı tələbələr suallar ünvanlayaraq mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Ekskursiya tələbələrin ixtisas üzrə biliklərinin artırılmasına və praktik dünyagörüşlərinin formalaşmasına töhfə verib.

 

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026