BDU-nun Geologiya fakültəsinin tələbələri üçün ekskursiya

01/04/2026

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə qiyabi təhsil alan III kurs tələbələri üçün ekskursiya təşkil olunub.

Ekskursiya çərçivəsində tələbələr Universitetin Heydər Əliyev muzeyi və Təkamül muzeyini ziyarət ediblər.

Heydər Əliyev muzeyində iştirakçılara Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu, siyasi fəaliyyəti və dövlətçilik irsi barədə geniş məlumat təqdim olunub. Muzeyin direktoru Afət Seyidzadə Ulu Öndərin Azərbaycanın müstəqilliyinin qorunması, dövlət institutlarının formalaşdırılması və ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb. Ulu Öndərin zəngin və şərəfli irsinin gənclərin milli ruhda formalaşmasında mühüm rol oynadığını qeyd edib.

Təkamül muzeyinin əməkdaşı Ümidvar Məlikov isə tələbələrə Yer tarixinin müxtəlif geoloji dövrləri, canlı aləmin yaranması və təkamül mərhələləri haqqında məlumat verib.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026