BDU-nun Geologiya fakültəsinin tələbələri Rusiyada beynəlxalq konfransda məruzə ediblər

03/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin tələbələri Rusiyanın Sankt-Peterburq Dövlət Universitetinin Yer Elmləri İnstitutunda Yer Elmləri Tələbə Elmi Cəmiyyəti tərəfindən keçirilən Beynəlxalq Geoloji Tələbə Sammitində iştirak ediblər. Konfransda dünyanın bir sıra ölkələrindən olan tələbə və doktorantlar, gənc tədqiqatçılar bir araya gəlib.

Geologiya fakültəsinin Geologiya və geofizika mühəndisliyi ixtisasının  ingilis bölməsi üzrə IV kurs tələbəsi Xəyal Hüseynov “Kiçik Qafqazın Azərbaycan hissəsində vulkanizmin son kaynozoy təkamülü haqqında ümumi geoloji məlumat”, II kurs tələbəsi Adnan Əliyev isə “Abşeron arxipelaqının yataqlarında qazın tərkibi və məhsuldar təbəqələrin qanunauyğunluqlarının dəyişməsi” mövzularında məruzə ediblər.

Fakültənin Geologiya ixtisasının rus bölməsi üzrə III kurs tələbəsi Aysun Mehtiyeva isə Perm Dövlət Universitetində tələbələrin, doktorantların və gənc alimlərin “İnkişaf edən dünyada geologiya” mövzusunda konfransında onlayn çıxış edib.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026