BDU-nun Geologiya fakültəsinin tələbələri Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinə ekskursiya ediblər

07/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə tələbələr Universitetin nəzdində fəaliyyət göstərən Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinə ekskursiya ediblər.

Tələbələrə Mərkəzdə həyata keçirilən praktiki elmi araşdırmalar, yeni texnoloji qurğular, mühəndislik yönümlü layihələr və startap ideyaları haqqında ətraflı məlumat verilib. Onlar robot texnikası, 3D çap texnologiyası, avtomatlaşdırma sistemləri və süni intellekt tətbiqləri sahəsində görülən işlərlə tanış olublar.

Mərkəzin əməkdaşları tələbələrlə interaktiv müzakirələr aparıb, onları elmi fəaliyyətə fəal qoşulmağa çağırıblar. Qeyd olunub ki, belə ekskursiyalar tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla birləşdirir, onlarda komanda şəklində işləmək və problemi həll etmək qabiliyyətlərini inkişaf etdirir.

Ekskursiya çərçivəsində Universitetin beynəlxalq miqyasda qazandığı nailiyyətlər də tələbələrin diqqətinə çatdırılıb. BDU komandalarının “TEKNOFEST” yarışlarında əldə etdiyi uğurlar xüsusi vurğulanıb.

 

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026