BDU-nun gənc alimi yaşıl enerji istehsalı üzrə araşdırmalar aparır

24/01/2024

Bakı Dövlət Universitetinin (BDU) gənc alimi yaşıl enerji istehsalı üzrə araşdırmalar aparır. BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Lalə Qəhrəmanlının həmmüəllifi olduğu “Günəş elementləri kimi MAPbX3 (X=I-, CL-, BR-) strukturlarının sabitliyinin molekulyar-dinamik modelləşdirilməsi” (“Molecular-dynamics modeling of structural stability of MAPbX3 (X=I-, CL-, BR-) as solar cells elements”)  adlı məqaləsi  “Ovonic Research” jurnalında (IF: 1.165) dərc olunub.

https://chalcogen.ro/index.php/journals/journal-of-ovonic-research/12-jor/614-volume-20-number-1-january-february-2024?showall=1

İşdə hibrid üzvi/qeyri-üzvi perovskit strukturlarının nazik təbəqələr şəklində formalaşması üsulları və onların dayanıqlılığı öyrənilib. MAPbX3 (X=I-, CL-, BR-)  hibrid üzvi/qeyri-üzvi perovskitlər əsasında materialların nəzəri təhlilini aparmaq üçün molekulyar-dinamik simulyasiya yanaşmasından istifadə edilib. Tədqiqat işində müxtəlif modelləşmə üsulları ilə perovsikitlərin çevik və sərt birləşmə modelləri, eyni zamanda istilik prosesinin struktura təsiri ətraflı şəkildə təhlil edilib.

Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026