BDU-nun gənc alimləri beynəlxalq konfransda iştirak ediblər

19/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq və Sosial elmlər və psixologiya fakültələrinin magistrantları "CUTTING-EDGE scıence-2021" onlayn Beyəlxalq elmi konfransda iştirak ediblər. Konfransda Azərbaycan, Polşa, Rusiya, Ukrayna, Çexiya, Özbəkistan, Qazaxıstan, Belarusiya və s. ölkələrdən nümayəndələr məruzələrlə çıxış ediblər.

BDU-nun Pedagogika kafedrasının magistrantları - Günel Orucova "Tədris prosesində demoqrafik amillərin neqativ təsirlərinin aradan qaldırılması yolları" ("From the possibility of overcoming the negative effects of demographic factors in the training process"), Nuranə Əliyeva "Azərbaycan təhsil sistemində tələbə mərkəzli tədris modeli" ("Student-centered teaching model in Azerbaijan education system"), Nərminə Mirzəliyeva isə "Boşanmış ailələrdə yeniyetmələrin sosial inkişaf problemləri" ("Social development issues of adolescents in divorced families"), Ekoloji kimya kafedrasının magistrantları Könül Nuriyeva və Xalıqa Cafarovanın "Pestisidlərin kənd təsərrüfatındakı rolu" ("The role of pesticides in agriculture") və Xəzərdən götürülmüş fenol və fenolik nümunələrin müəyyənləşdirilməsi" ("Determination of phenol and phenolic samples taken from the Caspian") mövzusunda məruzə ediblər.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026