BDU-nun gənc alimləri tərəfindən yeni miniatür triboelektrik generator hazırlanıb

17/05/2021

Bakı Dövlət Universitetininn Nanoaraşdırmalar ETM-in gənc alimləri tərəfindən tibbdə, hərbi kəşfiyyatda, uzunmüddətli səyahətlərdə və s. istifadə olunan bir çox daşına bilən elektron cihazların uzunmüddətli və effektiv işləməsini təmin edən yeni növ qidalandırma mənbələri - miniatür triboelektrik generator (TEG) hazırlanmışdır. Hazırlanmış TEG elektrik enerjisini generasiya edən digər sistemlərlə müqayisədə sadə iş mexanizmi, miniatürlüyü, çevikliyi və maya dəyəri baxımından daha ucuz olması ilə fərqlənir. TEG mexaniki, külək, su dalğaları və s. kimi enerji mənbələrindən elektrik enerjisi əldə etməyə imkan verir. Gənc tədqiqatçılar tərəfindən “Scotch yoke” (dairəvi hərəkəti düzxətli hərəkətə çevirən qurğudur) əsasında külək enerjisini generasiya edən TEG yaradılmış və çeviricilik qabiliyyəti yoxlanılmışdır. Miniatür qurğu 5 V gərginlik, 6.5 nA cərəyan və 0.3 mkVt orta çıxış gücü əldə etməyə imkan verir.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026