BDU-nun gənc coğrafiyaçıları beynəlxalq layihələrə hazırdır

20/10/2014

Bakı Dövlət Universiteti Tələbə həmkarlar ittifaqı komitəsi daxilində fəaliyyət göstərən ən aktiv klublardan biri Gənc Coğrafiyaçılar Diskussiya Klubudur.
Oktyabrın 16-sı Gənc Coğrafiyaçılar Diskussiya Klubu (GCDK) Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olan birinci kurs tələbələri ilə görüş keçirib.
Tədbirin rəsmi hissəsini BDU Coğrafiya fakültəsinin İqtisadi-sosial Coğrafiya kafedrasının müəllimi Samir Əhmədov açıq elan edib.

Daha sonra BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov çıxış edərək klubun fəaliyyətini yüksək qiymətləndirib. O, çıxışımda coğrafiya və ekologiyanın vəhdəti, ekologiyanı qorumaq yolunda coğrafiyanın önəmi və bu klubun gənclərinin ictimai işlərə uygunlaşmasında önəmini vurgulayib. Daşqın Qənbərov bildirib ki, BDU THİK-i bu gündən sonra da gənclərin innovativ ideyalarının dəstəklənməsinə hazırdır və gəncləri universitetin ictimai həyatında irəli sürəcəyi layihələri dəstəkləyəcəkdir.

BDU Coğrafiya fakültəsinin İqtisadi -sosial coğrafiya kafedrasının müdürü Tapdıq Həsənov və Coğrafiya fakultəsi dekan-müavini Elxan Nuriyev təbriklərini çatdırıblar.

Tədbirin daha bir qonağı isə Avropa Coğrafiyaçılar Asossiyasiyasının azerbaycandakı nümayendesi Şefeq Esgerli olub. Şefeq Esgerli gələcəkdə GCDK ilə birlikdə həyata keçiriləcək layihələrdən və gələcək perspektivlərdən söz açaraq gənclərin bu sahəyə marağının müsbət hal olduğunu söyləyib.
Qonaqların çıxışından sonra “Ərzaq probleminin həlli” mövzusunda GCDK-nın keçirdiyi III daxili turnirin qalib komanadasının üzvləri və ən yaxşı natiqləri fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Tədbirin rəsmi hissəsinin sonunda GCDK-nın təsisçisi ve sabiq sədri Eltac Cəbiyev klubun yarandığı gündən bu günə qədər gördüyü işlər haqqında məlumat verib. Klubun sədr müavini Təyyar Səmədzadə isə sədr vəzifəsinə təyin olunub və klubun fəaliyyəti ilə bağlı hesabat tipli videoçarx nümayiş olunub.
Görüşün ikinci hissəsində birinci kurslara klubun daxilində keçirilen Diskussiya turnirləri ilə bağlı bilgilər verilib ve “Show-discussion” nümayiş etdirilib.

Mətbuat və İnformasiya şöbəsi, 20 oktyabr 2014-cü il.

Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024