BDU-nun “Gənc istedadlar” liseyi ilə Anadolu texniki-peşə liseyi arasında memorandum imzalanıb

01/04/2016

Türkiyənin Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları universitetdə görməkdə məmnun olduğunu bildirən rektor, akademik Abel Məhərrəmov ali təhsil ocağının tarixi, beynəlxalq əlaqələri, o cümlədən Türkiyə universitetləri ilə elm və təhsil sahəsində qurulan uğurlu əməkdaşlıqdan bəhs edib. Rektor Abel Məhərrəmov Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyi ilə Heydər Əliyev adına Anadolu texniki-peşə liseyi arasında təhsil sahəsində əlaqələrin yaradılmasının əhəmiyyətindən bəhs edib. Daha sonra Ceyhan rayonunun icra nümayəndəsi Mustafa Ünlüsoy və liseyin direktoru Caner Taymış təmsil etdikləri qurum barədə danışıb, əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Görüşdə Anadolu texniki-peşə liseyi ilə “Gənc istedadlar” liseyi arasında anlaşma memorandumu imzalanıb. Memorandumda liseylər arasında təhsil sahəsində əlaqələrin inkişafı, möhkəmləndirilməsi məqsədi ilə tədrisin müxtəlif sahələri üzrə ikitərəfli konfransların, seminarların, şagirdlər arasında müxtəlif müsabiqələrin, təcrübi məşğələlərin təşkili və həyata keçirilməsi  nəzərdə tutulub.

İmzalanma mərasimindən sonra nümayəndə heyəti “Gənc istedadlar” liseyi şagirdlərinin hazırladıqları konsert proqramına tamaşa ediblər.

Qeyd edək ki, üç günlük səfər çərçivəsində “Gənc istedadlar” liseyinin direktoru, professor Qasım Hüseynov Ceyhan rayonunun icra nümayəndəsi Mustafa Ünlüsoy, liseyin direktoru Caner Taymış, rayonun milli təhsil müdiri Sərxan Topdaş, liseyin müdir müavinləri - Oğuzxan Güləç və Mustafa Yaylacının daxil olduğu nümayəndə heyəti ilə görüşüb, imzalanacaq müqavilənin şərtlərini müzakirə edib, liseyin dərs prosesini izləyibər. Səfər çərçivəsində qonaqlar İçərişəhər, Şirvanşahlar sarayı, Atəşgah, Heydər Əliyev Mərkəzində olub, Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Mətbuat və informasiya şöbəsi, 01 aprel 2016.

Xəbərlər

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
24/04/2024

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”
24/04/2024

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
24/04/2024