BDU-nun “Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XV Respublika müsabiqəsinin qalibidirlər

05/03/2026

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XV Respublika müsabiqəsinin finalında uğura imza atıblar.

Belə ki, liseyin XI sinif şagirdi Suad Məmmədzadə (Robototexnika və süni intellekt istiqaməti üzrə) və IX sinif şagirdi Cavid Xankişiyev (Kimya istiqaməti üzrə) ll, IX sinif şagirdi Ayan Abbasova (Fizika istiqaməti üzrə) III yerə, X sinif şagirdi Fidan Yaqubəliyeva isə (Ekologiya, ətraf mühitin idarə olunması istiqaməti üzrə) xüsusi mükafata layiq görülüblər.

Lisey tərəfindən müsabiqəyə təqdim olunan 12 layihədən 7-si final mərhələsində iştirak edib, 4-ü isə mükafata layiq görülüb. Ümumilikdə isə müsabiqəyə 760 layihə təqdim olunub. Seçim mərhələsinin nəticələrinə əsasən, 127-si kollektiv, 25-i fərdi olmaqla ümumilikdə 152 layihə final mərhələsinə yüksəlib, yüksək rəqabət şəraitində 61 layihə mükafatlandırılıb.

Şagirdlərimizi təbrik edir, daha böyük uğurlar arzulayırıq!


Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

Son 5 ildə BDU-nun 78 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun olub

Son 5 ildə BDU-nun 78 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun olub
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026