BDU-nun "Gənc istedadlar"ında "Son zəng"

14/06/2016

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində "Son zəng" keçirilib. Tədbiri giriş sözü ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq məzunları və onların valideynlərini təbrik edib. Liseyin 9 illik fəaliyyətindən danışan rektor bu illər ərzində qazanılan uğurlardan,  250-dən çox məzunun hamısının yerli və xarici universitetlərdə təhsil almasından danışıb.

Liseyin direktoru, professor Qasım Hüseynovun sözlərindən məlum olub ki, bu il lisey 50 nəfər məzununu yola salır. Ötən illərdə olduğu kimi 2015-2016-cı tədris ilində də şagirdlər bir çox uğurlara imza atıblar. Belə ki, onlar respublika və beynəlxalq olimpiadalarda və müsabiqələrdə uğurlu iştirak edib, mükafatçılar sırasında olublar. “Sabahın alimləri” V respublika olimpiadasında 4 nəfər II, 7 nəfər III yerə layiq görülüb.

Valideynlər adından Yusif Həsənzadə, məzunlar adından ötən il 616 balla yüksək nəticə göstərən Şirin İsgəndərli çıxış edib.

Tədbir lisey şagirdlərinin hazırladıqları proqramla davam edib.

Mətbuat və informasiya şöbəsi, 14 iyun 2016-cı il.

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026