BDU-nun gənc əməkdaşı İtaliyanın Bari Aldo Moro Universitetində tədqiqat aparacaq

26/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının (ETL) laborantı Günel Əliyeva “COST Action” proqramı çərçivəsində İtaliyanın Bari Aldo Moro Universitetinin professoru Vito Capriatinin rəhbərlik etdiyi laboratoriyada elmi tədqiqat aparacaq.

O, bu proqram çərçivəsində elan olunmuş qısamüddətli elmi missiya üzrə qrant proqramının qalibi olub.

Layihənin məqsədi su və “dərin evtektik həlledici” (DES) kimi ekoloji təmiz mühitlərdə azot tərkibli heterotsiklik birləşmələrin sintezini həyata keçirmək, alınan nəticələri ənənəvi üzvi həlledicilərlə aparılan reaksiyalarla müqayisə etmək və yaşıl kimya göstəricilərinə (Efaktor, enerji sərfi, həlledici istifadəsi və s.) görə qiymətləndirməkdir.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026