BDU-nun gənc tədqiqatçıları Dubna şəhərində ezamiyyətdə olublar

07/11/2018

BDU-nun Fizika fakültəsinin əməkdaşları Rusiya Federasiyasının Dubna şəhərində keçirilən “Eksperimental Nüvə fizikasının qurğu və metodları” adlı gənc tədqiqatçıların IX Beynəlxalq payız məktəbində iştirak ediblər.

Nanoaraşdırmalar Mərkəzinin kiçik elmi işçiləri Həbibə.Şirinova, Kənan Hüseynov və BDU Fizika Problemləri ETİ-nin “Yüksək enerjilər fizikası” qrupunun kiçik elmi işçisi Nərmin Hüseynova bir həftəlik ezamiyyətləri dövründə nəzəri kursla yanaşı praktik kurs keçib, müxtəlif ölkələri təmsil edən alimlərlə birgə elmi müzakirələrdə iştirak edibər.

Qeyd edək ki, hər il Rusiya Federasiyasının Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və MDB ölkələrinin Beynəlxalq İnnovativ Nanotexnalogiya Mərkəzi(BİNM) gənc tədqiqatçılar üçün müsabiqə elan edir. Müsabiqədən uğurla keçən namizədlər ezamiyyət müddətində Dubnada Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ), MDB ölkələrinin Beynəlxalq İnnovativ Nanotexnalogiya Mərkəzinin rəhbərliyi ilə bir həftəlik xüsusi proqramda iştirak edirlər.

Mətbuat və informasiya şöbəsi, 07 noyabr 2018-ci il.

Xəbərlər

BDU-nun dosenti Məti Bayramlı Qazaxıstan Prezidenti tərəfindən təltif edilib

BDU-nun dosenti Məti Bayramlı Qazaxıstan Prezidenti tərəfindən təltif edilib
30/06/2026

BDU “Breyn-rinq” üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub

BDU “Breyn-rinq” üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub
30/06/2026

BDU və Beynəlxalq Türk Akademiyasının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr etdiyi kitabların təqdimatı olub

BDU və Beynəlxalq Türk Akademiyasının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr etdiyi kitabların təqdimatı olub
30/06/2026