BDU-nun gənc tədqiqatçıları elektron mikroskopiyanın əsasları barədə məlumatlandırılıb

20/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Texnologiyaların transferi və innovasiyalar şöbəsinin təşəbbüsü ilə magistrant və gənc tədqiqatçıların ilk seminarı keçirilib.  
Seminarda BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini Zöhrab Ağamalıyev “JEOL JSM7600F SEM-in imkanları və nümunə hazırlığı” mövzusunda çıxış edərək gənc tədqiqatçıları elektron mikroskopiyanın əsasları, iş prinsipi və əsas elementləri barədə məlumatlandırıb.  
O, BDU-nun Nanoaraşdırmalar Elmi-Tədqiqat Laboratoriyasında quraşdırılan Yaponiya istehsalı olan JEOL JSM7600F elektron mikroskopunun imkanları haqqında məlumat verib, müxtəlif növ nümunələrin tədqiqində qarşıya çıxan problemləri sadalayıb. Laboratoriyada aparılan elmi-tədqiqat işlərinin və onların əsasında çəkilən təsvirlərin misalında bu tədqiqat üsulunun geniş imkanlarını göstərib, nümunə hazırlığının düzgün aparılmasının vacibliyindən danışıb.  
Seminar interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb.  
BDU-nun Texnologiyaların transferi və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə magistrant və gənc tədqiqatçıların seminarları davamlı şəkildə aparılacaq.

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026