BDU-nun gənc tədqiqatçıları Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar

03/04/2020

Bakı Dövlət Universitetinin (BDU) gənc tədqiqatçıları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin qalibi olublar. Qaliblər innovativ ideyaların prioritetliyi, reallaşdırılmasının mümkünlüyü əsas götürülməklə müəyyən edilib.

BDU-nun Biologiya fakültəsinin doktorantı Lalə Məmmədova “The Secret of Longevity” adlı layihə ilə birinci, Kimya fakültəsinin doktorantı Günel Əliyeva “Nanomembrane” adlı layihə ilə ikinci yerə layiq görülüblər.

Müsabiqə İqtisadiyyat Nazirliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin icrasına dəstək məqsədilə təşkil olunub.

Koronavirus (COVİD-19) pandemiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi rejim qaydalarına uyğun olaraq, Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin təltifetmə mərasimi təxirə salınıb.

Qalibləri təbrik edir, uğur arzulayırıq!


Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026