BDU-nun "Gənc torpaqşünaslar klubu" layihəsi başa çatıb

30/12/2022

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin və “Aqrar İnkişaf Könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə "Gənc torpaqşünaslar klubu" layihəsi uğurla başa çatıb.

Layihə çərçivəsində Ekologiya və torpaqşünaslıq fakültəsindən seçilmiş 30 tələbə və magistranta 20 gün müddət ərzində BDU və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzində torpaqşünaslıq və aqrokimya elmlərinin problemləri üzrə təlimlər keçirilib. Təlimlərə BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyəti ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatı, Aqrar Tədqiqatlar Mərkəzi, Elm və Təhsil Nazirliyinin tabeliyində olan Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yüksək ixtisaslı mütəxəssisləri cəlb olunub. Layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Əkinçilik və Tərəvəzçilik Elmi-Tədqiqat institutlarına ekskursiyalar təşkil edilib.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edilib.

Xəbərlər

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
28/08/2026

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub
28/08/2026