BDU-nun şəhid məzunları Ataməli Musaoğlu və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

14/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə BDU-nun şəhid məzunları Ataməli Musaoğlu və Manaf Bəhmənlinin məzarları ziyarət olunub.

Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Mexanika-riyaziyyat fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Etibar Əhmədov, THİK sədri Zöhrab Cavadzadə və təşkilatın fəal üzvləri iştirak ediblər.

Vətən torpağı uğrunda qəhrəmancasına şəhid olan Ataməli Musaoğlu və Manaf Bəhmənlinin əziz xatirəsi ehtiramla yad olunub. BDU-nun şəhid məzunlarının xalqımızın və Universitetin tarixində əbədi qalacağı vurğulanıb.

Qeyd edək ki, Ataməli Musaoğlu 2012-2016-ci illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində təhsil alıb. Psixoloq kimi fəaliyyət göstərən Ataməli Musaoğlu 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub və oktyabrın 16-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə yaralı dostunu xilas edərkən düşmən snayperinin açdığı atəş nəticəsində şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.

Manaf Bəhmənli 2015-2020-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılan Manaf Bəhmənli sentyabrın 27-də Murovdağ uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026