BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

03/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Universitetin bir qrup əməkdaş və tələbəsi Vətən müharibəsi şəhidləri - Hüquq fakültəsinin məzunu Ceyhun Şalıyev və Mexanika-riyaziyyat fakültəsinin məzunu Manaf Bəhmənlinin məzarlarını ziyarət edib.

Ziyarətdə BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zöhrab Cavadzadə, Hüquq fakültəsini dekanı Zaur Əliyev və THİK-in fəal üzvləri iştirak ediblər.

Qeyd edək ki, Ceyhun Şalıyev 2011-2015-ci illərdə BDU-nun Hüquq, Manaf Bəhmənli isə 2015-2020-ci illərdə Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Vətən müharibəsində könüllü olaraq iştirak edən Ceyhun Şalıyev 2020-ci il oktyabrın 1-də Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən, Manaf Bəhmənli isə sentyabrın 21-də Murov zirvəsində qəhrəmancasına şəhid olub.

Xəbərlər

BDU-da memarlıq irsinə həsr olunmuş elmi seminar

BDU-da memarlıq irsinə həsr olunmuş elmi seminar
26/11/2026

BDU-nun tələbə və əməkdaşları “FUTURE17 SDG Challenge” beynəlxalq proqramında iştirak edirlər

BDU-nun tələbə və əməkdaşları “FUTURE17 SDG Challenge” beynəlxalq proqramında iştirak edirlər
26/11/2026

BDU tələbələrinin ingilis dilində kommunikasiya bacarıqları artırılır

BDU tələbələrinin ingilis dilində kommunikasiya bacarıqları artırılır
26/11/2026