BDU-nun şəhid məzunları Fikrət Zeynallı və Şəhriyar Həbibinin məzarları ziyarət olunub

07/11/2023

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin kollektivi fakültənin şəhid məzunları Fikrət Zeynallı və Şəhriyar Həbibinin məzarlarını ziyarət edib.

Fakültənin kollektivi Fikrət Zeynallının Tovuz rayonunun Aşağı Öysüzlü kəndində və Şəhriyar Həbibinin Lənkəran rayonunun Osaküçə kəndində yerləşən məzarları önünə əklil qoyub, həmçinin şəhidlərin ailələri, dostları, təhsil aldıqları orta məktəblərin müəllimləri ilə görüşərək, xatirələrini ehtiramla yad edib, bütün Azərbaycan xalqının onlarla fəxr etdiklərini bildiriblər.

Qeyd edək ki, Fikrət Zeynallı 2020-ci ilin noyabrın 9-da Xocavənd uğrunda gedən döyüşlər zamanı, Şəhriyar Həbibi isə noyabrın 6-da Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Fikrət Zeynallı 2012-2016-cı illərdə, Şəhriyar Həbibi isə 2010-2014-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb.

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026