BDU-nun şəhid məzunları Nadir Nadirli və Tərxan Qurbanovun məzarları ziyarət olunub

10/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin bir qrup tələbə və əməkdaşı fakültənin şəhid məzunları Nadir Nadirli və Tərxan Qurbanovun ailələrini ziyarət edib.

Əvvəlcə Mingəçevir və Şəmkir Şəhidlər xiyabanlarında şəhid məzunların məzarları ziyarət olunub, qarşısına əklil qoyulub, ruhlarına dualar oxunub. Daha sonra tələbə və müəllimlər hər iki şəhidin ailəsində olublar.

Görüşdə qeyd olunub ki, BDU-da şəhid tələbə və məzunlarının xatirəsi daim əziz tutulur, şəhid ailələri və qazilərlə vaxtaşırı görüşlər keçirilir. Ziyarətçilər Nadir Nadirli və Tərxan Qurbanovun Vətən torpağı uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmalarından qürur duyduqlarını və onların xatirəsinin əbədi yaşayacağını bildiriblər.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026