BDU-nun şəhid məzunları Tural Eyyubov və Rabil İsmayılova həsr olunmuş anım tədbiri

01/11/2023

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Tətbiqi riyaziyyat və kibernetika fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə fakültənin şəhid məzunları Tural Eyyubov və Rabil İsmayılovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr, şəhidlərin ailə üzvləri və Vətən müharibəsi qaziləri iştirak ediblər.

Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Məhəmməd Mehdiyev Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başlayaraq, 44 gün ərzində təcavüzkar Ermənistanı təslim olmağa məcbur etməsinin xalqımızın şanlı tarixində xüsusi yer tutduğunu diqqətə çatdırıb. O bildirib ki, Vətən müharibəsi və ondan sonra baş verən proseslər hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.  Bu tarixi yazan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Şəhid məzunlarımız da hər zaman hörmət və ehtiramla anılacaq.

Fakültənin dekan müavini, dosent Şamo Cəbrayılov və müəllimi Hacı Məsmalıyev çıxışlarında gəncləri vətənpərvərlik və cəsarətləri ilə məktəb yaratmış şəhidlərimizin qəhrəmanlıq salnaməsini dərindən öyrənməyə çağırıblar.

Sonra şəhidlərin ailə üzvləri, tələbə yoldaşları çıxış edərək, onlarla bağlı xatirələrini bölüşüblər.

Tədbirin sonunda şəhidlərə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026