BDU-nun şəhid məzunu Şamil Nəcəfovun xatirəsinə inşa olunmuş bulaq kompleksinin açılışı olub

30/03/2022

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Abşeron rayonunun Saray qəsəbəsində Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin şəhid məzunu, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş Şamil Nəcəfovun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışında iştirak ediblər. Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kənan Vəkilov, Tələbə Gənclər Təşkilatının üzvləri iştirak ediblər.

Şəhid Şamil Nəcəfovun atası Rəfi Nəcəfov övladı haqqında xatirələrini bölüşüb, onu Vətənə layiq övlad kimi böyütdükləri üçün fəxr etdiyini bildirib. Çıxış edənlər Şamil Nəcəfovun xatirəsinin daim əziz tutulduğunu, nümunəvi və bilikli gənc kimi müəllimlərinin və tələbələrin qəlbində daim yaşayacağını qeyd edib, onun Vətən uğrunda qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər.

Sonra BDU əməkdaşları şəhidin məzarını ziyarət ediblər.

Qeyd edək ki, Şamil Nəcəfov Vətən müharibəsi zamanı Murov istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026