BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun ailəsi ziyarət olunub

01/07/2021

Bakı Dövlət Universiteti (BDU) Vətən Müharibəsi dövründə şəhid olan tələbə və məzunlarının xatirəsini daim əziz tutur, şəhid ailələri və qazilərlə mütəmadi görüşləri davam edir.

2021-ci il    30 iyun tarixində BDU-nun bir qrup əməkdaşı Vətən Müharibəsi şəhidi, Sosial elmlər və psixologiya fakültəsinin məzunu  Ataməli Musaoğlunun ailəsini ziyarət edib. BDU və Missiya TV internet televiziyasının “Bakı Dövlət Universitetinin tarix yazan qəhrəman şəhid məzunları” layihəsi çərçivəsində keçirilən ziyarətdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə, dekan müavini İranə Məmmədli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin fakültə üzrə sədr müavini İbrahimxəlil Məmmədov və fakültənin fəal tələbələri iştirak ediblər.  Görüşdə çıxış edənlər Ataməli Musaoğlunun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Ataməli həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı qeyd olunub. Şəhid Ataməli Musaoğlunun anası  diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib və məhz dövlətimizin başçısının apardığı uğurlu siyasətin, ordu quruculuğunun və islahatların nəticəsində torpaqlarımızın düşmən tapdağından azad edildiyini vurğulayıb. Bu savaşda Vətən torpağı uğrunda rəşadətlə döyüşərək şəhid olan əsgər anası kimi fəxr etdiyini deyib.

Qeyd edək ki, Ataməli Musaoğlu 2012 - 2016-ci illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində təhsil alıb. Psixoloq kimi fəaliyyət göstərən Ataməli Musaoğlu 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub və  16 oktyabr tarixində Ağdərə rayonu  istiqamətində gedən döyüşlərdə yaralı dostunu xilas edərkən  düşmən snayperinin açdığı atəş nəticəsində şəhidlik zirvəsinə ucalıb.

 

 

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı
26/07/2025

BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub

BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub
25/07/2025

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir
25/07/2025