BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun ailəsi ziyarət olunub

19/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının kollektivi Vətən müharibəsində qəhrəmancasına həlak olmuş Ataməli Musaoğlunun ailəsini ziyarət edib.

Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev şəhidin anası ilə söhbət zamanı Atəməli Musaoğlunun tələbəlik illərində örnək hərəkətləri ilə tələbə yoldaşlarına nümunə olduğunu bildirib. Qeyd edib ki, qəhrəman şəhidimiz Vətən müharibəsində göstərdiyi fədakarlıq, yüksəldiyi şəhidlik zirvəsi ilə də gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində əvəzsiz rol oynayır.

Kafedranın əməkdaşları şəhidin ailəsinə mənəvi-psixoloji dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, Ataməli Musaoğlu 2012-2016-ci illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində təhsil alıb. Psixoloq kimi fəaliyyət göstərən Ataməli Musaoğlu 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub və oktyabrın 16-da Ağdərə rayonu  istiqamətində gedən döyüşlərdə yaralı dostunu xilas edərkən düşmən snayperinin açdığı atəş nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Xəbərlər

Külək oyadan, təbiətə nəfəs verən çərşənbə

Külək oyadan, təbiətə nəfəs verən çərşənbə
10/03/2026

BDU-nun Astrofizika kafedrası: “MAPS kometi Günəşə çox yaxın məsafədən keçəcək”

BDU-nun Astrofizika kafedrası: “MAPS kometi Günəşə çox yaxın məsafədən keçəcək”
10/03/2026

BDU-da “Zəfər” yatağının geoloji-genetik modeli tədqiq olunur

BDU-da “Zəfər” yatağının geoloji-genetik modeli tədqiq olunur
10/03/2026