BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

19/10/2026

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Ataməli Musaoğlunun məzarı ziyarət olunub. Ziyarətdə Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva və kafedranın əməkdaşları iştirak ediblər.

Onlar şəhidin məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ailə üzvləri ilə görüşüblər.

Ataməli Musaoğlu 2012-ci ildə yüksək balla BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin “Psixologiya” ixtisasına qəbul olunub. 2020-ci il sentyabrın 27-də könüllü olaraq cəbhəyə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin baş kəşfiyyatçısı olan Ataməli Musaoğlu oktyabrın 16-da Ağdərə döyüşləri zamanı yaralı dostunu xilas edərkən şəhidlik zirvəsinə ucalıb.

 

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026