BDU-nun şəhid məzunu Cavid Manafovun barelyefinin açılış mərasimi keçirilib

12/07/2021

Bu gün Bakı Dövlət Universitetinin (BDU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Cavid Manafovun yaşadığı ünvanda barelyefinin açılış mərasimi keçirilib. Mərasimdə şəhid anaları, ictimai xadimlər, millət vəkilləri və rayon icra hakimiyyətinin nümayəndələr və BDU-nun bir qrup kollektivi və tələbələri iştirak edib.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, şəhid Cavid Manafovun təhsil aldığı Sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tədbirdə çıxış edərək Cavid Manafovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqları bildirilib, təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Cavid Manafovun həm müəllim heyətinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı qeyd olunub.

Şəhid Cavid Manafovun anası Natəvan Manafova bütün şəhid anaları adından göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib və məhz dövlətimizin başçısının apardığı uğurlu siyasətin, ordu quruculuğunun və islahatların nəticəsində torpaqlarımızın düşmən tapdağından azad edildiyini vurğulayıb. Bu savaşda Vətən torpağı uğrunda rəşadətlə döyüşərək şəhid olan əsgər anası kimi fəxr etdiyini deyib.

Mərasimdə şəhidin döyüş yolundan danışılıb, onun haqqında xatirələr yada salınıb.

Xəbərlər

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq
23/06/2026

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib
23/06/2026

BDU ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

BDU ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb
23/06/2026