BDU-nun şəhid məzunu Cavid Manafovun məzarı ziyarət olunub

27/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin müəllim və tələbələri fakültənin şəhid məzunu Cavid Manafovun məzarını ziyarət ediblər.

Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini Nəzakət Kərimova, fakültənin Tələbə Həmkarlar İttifaqının sədri Heydər Aslanov, tələbələr Keşlə Şəhidlər Xiyabanında Cavid Manafovun məzarı önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra onlar Cavid Manafovun ailə üzvləri ilə görüşüb, qürur mənbəyimiz olan şəhidlərimizin yaddaşlarda əbədi yaşayacağını bildiriblər.

Qeyd edək ki, Cavid Manafov Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci ilin oktyabrın 31-də batareya komandirini və digər döyüş yoldaşlarını xilas edərkən ağır yaralanıb, noyabrın 7-də şəhid olub. O, 2016-2020-ci illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində təhsil alıb.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026