BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin məzarı ziyarət olunub

08/04/2022

Bakı Dövlət Universitetinin (BDU) şəhid tələbə və məzunlarının xatirəsi daim əziz tutulur, şəhid ailələri və qazilərlə vaxtaşırı görüşlər keçirilir.

BDU-nun bir qrup əməkdaşı Vətən Müharibəsi şəhidi, Hüquq fakültəsinin məzunu Ceyhun Şalıyevin doğum günündə ailəsi ilə görüşüb, məzarını ziyarət edib.

BDU-nun Hüquq fakültəsinin dekanı vəzifəsini icra edən Rahim Məmmədov, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Aytəkin İbrahimova, fakültə Tələbə Gənclər Təşkilatının sədri Firavan Əlizadə və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Nurulu şəhidin məzarını ziyarət edib.

Görüş zamanı ziyarətçilər Ceyhun Şalıyevin Vətən torpağı uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Ceyhun Şalıyevin həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı qeyd olunub.

Qeyd edək ki, Ceyhun Şalıyev 2011-2015-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb, 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2020-ci ildə Ceyhun Şalıyev könüllü olaraq ordu sıralarına qoşulub və oktyabrın 1-də şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif edilib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”
24/10/2025

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib
24/10/2025

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”
24/10/2025