BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin ailəsi ziyarət edilib

23/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin əməkdaşları fakültənin şəhid məzunu Ceyhun Şalıyevin doğum günü münasibətilə onun ailəsini ziyarət ediblər.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev, dekan müavini Aytəkin İbrahimova, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, şəhidin qrup yoldaşları və tələbələr Ceyhun Şaliyevin valideynləri ilə görüşüblər.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxış edərək, Ceyhunun valideynlərinə mərd, cəsur oğul böyütdükləri üçün öz minnətdarlığını bildirib, bütün Azərbaycan xalqının onunla fəxr etdiyini qeyd edib. Fakültə əməkdaşları Ceyhun Şalıyevin barelyefi  qarşısına əkili qoyub, ruhu qarşısında baş əyiblər. Barelyef qarşısında Müdafiə Nazirliyinin orkestri tərəfindən Dövlət himni səsləndirilib.

Daha sonra fakültə əməkdaşları və Ceyhun Şalıyevin ailə üzvləri Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026