BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin məzarı ziyarət olunub

02/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin kollektivi fakültənin məzunu, Vətən müharibəsi şəhidi Ceyhun Şalıyevin anım günündə ailəsi ilə görüşüb, məzarını ziyarət edib.

Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Ceyhun Şalıyevin əziz xatirəsinin həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşadığı, gənclər üçün örnək olduğu qeyd edilib.

Ceyhun Şalıyev 2011-2015-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb, 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2020-ci ildə Vətən müharibəsində könüllü iştirak edən Ceyhun Şalıyev torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə mərdlik və fədakarlıq nümunəsi göstərib. O, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.

Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Ceyhun Şalıyev “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026