BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Tarix fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Elşən Salayevin məzarı ziyarət olunub.
Elşən Salayevin əziz xatirəsi ehtiramla yad edilib. BDU-nun şəhid məzunlarının xalqımızın və Universitetin tarixində əbədi qalacağı vurğulanıb.
Qeyd edək ki, Elşən Salayev 2015–2019-cu illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılıb. Elşən Salayev Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
O, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Xəbərlər
BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
