BDU-nun şəhid məzunu Erkin Hüseynovun xatirəsi anılıb

14/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Sosial elmlər və psixologiya fakültəsinin şəhid məzunu Erkin Hüseynovun xatirəsinə həsr olunmuş “Qəhrəmanın yolu” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin əməkdaşı Ələkbər Həsənov, TGT sədri Harun Mehdiyev, “Narınc” Psixologiya Mərkəzinin əməkdaşı Səbinə Hüseynova, fakültənin TGT fəalları çıxışlarında BDU-nun şəhid məzunu Erkin Hüseynovun qısa, amma şərəfli ömür yolu haqqında söhbət açıblar. Bildiriblər ki, Erkin Hüseynov BDU-nun Sosial elmlər və psixologiya fakültəsində “Fəlsəfə” ixtisası üzrə təhsil alıb. Uşaqlıqdan hərbçi olmaq, Vətənimizin keşiyində dayanmaq Erkin Hüseynovun ən böyük arzusu olub.  Ali məktəbi bitirən kimi ordu sıralarına yazılıb, hərbçi olmaq arzusunu həyata keçirib və leytenant rütbəsinə qədər yüksəlib.

Erkin Hüseynov 2022-ci il sentyabrın 12-də Kəlbəcər rayonunda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. O, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib, yaralı dostunu xilas edərkən şəhid olub.

Tədbir bədii hissə ilə başa çatıb.

Xəbərlər

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında   

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında
05/12/2025

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
05/12/2025

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”
05/12/2025