BDU-nun şəhid məzunu Erkin Hüseynovun xatirəsi anılıb

10/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində şəhid məzun Erkin Hüseynovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Vətənimizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində fakültənin tələbə və professor-müəllim heyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və “BDU könüllüləri” təşkilatının fakültə üzrə nümayəndələri və şəhidin qrup yoldaşları iştirak ediblər.

Dekan Rövşən Cavadov bildirib ki, Erkin Hüseynov BDU-nun Sosial elmlər və psixologiya fakültəsində “Fəlsəfə” ixtisası üzrə təhsil alıb. Uşaqlıqdan hərbçi olmaq, Vətənimizin keşiyində dayanmaq Erkin Hüseynovun ən böyük arzusu olub.  Ali məktəbi bitirən kimi ordu sıralarına yazılıb, hərbçi olmaq arzusunu həyata keçirib və leytenant rütbəsinə qədər yüksəlib.

Erkin Hüseynov 2022-ci il sentyabrın 12-də Kəlbəcər rayonunda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. O, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib, yaralı dostunu xilas edərkən şəhid olub.

Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova, Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva çıxışlarında Erkin Hüseynovun tələbəlik illərindən özünü mükəmməl şəxsiyyət kimi göstərdiyini, bütün müəllim heyəti və dostlarının dərin hörmətini qazandığını bildiriblər. Şəhidin qrup yoldaşları Zeynəb Manafova və Səbinə Hüseynova onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirdə şəhidin həyat yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2025

BDU-nun şəhid məzunu Erkin Hüseynovun xatirəsi anılıb

BDU-nun şəhid məzunu Erkin Hüseynovun xatirəsi anılıb
10/10/2025

BDU Birləşmiş Ərəb Əmirliklərinin Ajman Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Birləşmiş Ərəb Əmirliklərinin Ajman Universiteti ilə anlaşma memorandumu imzalayıb
10/10/2025