BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

09/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov, Optika və molekulyar fizika kafedrasının baş müəllimi Lətif Əliyev və tələbələri Tovuz rayonunun Aşağı Öysüzlü kəndində fakültənin şəhid məzunu Fikrət Zeynallının məzarını ziyarət edib, ailəsinə baş çəkiblər.

Fakültənin müəllimləri Fikrət Zeynallı barədə xatirələrini bölüşüblər. Kənd bələdiyyə nümayəndələri və orta məktəbin müəllimləri Fikrət Zeynallının Vətən müharibəsi dövründə nümayiş etdirdiyi qəhrəmanlıqdan danışıblar. Fakültənin əməkdaşları Aşağı Öysüzlü kəndində yaradılmış Fikrət bulağına da baş çəkiblər.

Fikrət Zeynallı 23 fevral 1995-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. 2012-2016-cı illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Fikrət Zeynallı Vətən müharibəsi zamanı Şuşa və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn olunub. O,  ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə",  "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Xəbərlər

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!
10/08/2026

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
10/08/2026

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır
10/08/2026