BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

07/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov, Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri Maarif Cəfərov və Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov Lənkəran rayonunun Osaküçə kəndində fakültənin şəhid məzunu Şəhriyar Həbibinin rayon rəhbərliyinin iştirakı ilə keçirilən anım tədbirində iştirak ediblər.

Fakültə əməkdaşları əvvəlcə səhid Səhriyar Həbibinin məzarını ziyarət edib, üzərinə əklil qoyublar. Şəhriyar Həbibiyə dərs demiş Bəxtiyar Paşayev və Məmməd Rəcəbov onunla bağlı xatirələrini bölüşüblər. Sonra fakültə əməkdaşları Şəhriyar Həbibinin ailəsinə baş çəkiblər.

Şəhriyar Həbibi 19 yanvar 1993-cü ildə Lənkəran rayonunun Osaküçə kəndində anadan olub. 2010-2014-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində iştirak edib. Vətən müharibəsində Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib, noyabrın 6-da Qubadlı döyüşlərində həlak olub.

Lənkəranın Osaküçə kəndində dəfn olunub. O, ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Xəbərlər

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026