BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub
21/04/2022
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Tələbə Gənclər Təşkilatının üzvləri həmin fakültənin Riyaziyyat ixtisasında təhsil almış şəhid Manaf Bəhmənlinin məzarını ziyarət ediblər. Tələbələr şəhid məzunun məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar ediblər.
Ziyarətdə şəhid Manaf Bəhmənlinin xatirəsi ehtiramla yad edilib, Universitetdə oxuduğu illərdə hər zaman ictimai fəallığı, yardımsevərliyi ilə seçildiyi, 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək sentyabrın 27-də şəhidlik zirvəsinə yüksəldiyi qeyd olunub. Bildirilib ki, diqqətcil, gülərüz, vətənpərvər bir igid kimi tanınan Manaf Bəhmənlinin əziz xatirəsi yaddaşlardan silinməyəcək.
Allah şəhidlərimizə rəhmət eləsin!
![]() |
Xəbərlər
BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

